Medianews.az
Yaponiyanın Baş naziri seçki kampaniyası zamanı
45 baxış

Yaponiyanın Baş naziri seçki kampaniyası zamanı xəsarət alıb

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) lideri, Baş nazir Sanae Takaiçi parlamentin aşağı palatasına keçiriləcək növbədənkənar seçkilərdən əvvəl kampaniya apararkən qolundan xəsarət alıb və hazırda müalicə alır.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalının aparıcısı hakim partiyaya istinadən debatdan əvvəl məlumat verib.

Zədə səbəbindən Takaiçi televiziyada yayımlanan partiya liderlərinin debatını buraxacaq. Onun yerini partiyanın əsas siyasi şurasının lideri tutacaq.

Yaponiya Parlamentinin aşağı palatası üçün növbədənkənar seçkilər 8 fevralda keçiriləcək.

Bizə qoşulun