Medianews.az
Zərbə qüvvələri İran yaxınlığında:
59 baxış

Zərbə qüvvələri İran yaxınlığında: Tramp qərar verməlidir

ABŞ Yaxın Şərqdə güclü hərbi qüvvə toplayıb. İndi ABŞ Prezidenti Donald Tramp bundan İrana qarşı necə istifadə edəcəyinə qərar verməlidir.

Axar.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnalı" yazıb.

Nəşr qeyd edir ki, rəsmilərin sözlərinə görə, Tramp köməkçilərindən uzunmüddətli müharibənin qarşısını alacaq hərbi əməliyyat üçün variantlar təqdim etmələrini istəyib. Xüsusilə, onlar İranın nüvə proqramına zərbələr endirməyi, ballistik raket arsenalının məhv edilməsini, hökuməti devirməyə yönəlmiş zərbələri və ya bu variantların birləşməsi variantlarını nəzərdən keçirirlər.

Bundan əlavə, Tramp və komandası İrandan diplomatik güzəştlər əldə etmək üçün yalnız hərbi güc təhdidindən istifadə etməyi düşünür.

Bizə qoşulun