Medianews.az
Pişiklər niyə itlərdən daha uzun yaşayır? -
77 baxış

Pişiklər niyə itlərdən daha uzun yaşayır? - maraqlı FAKT

Alimlər pişiklərin itlərdən niyə daha uzun yaşadığını müəyyən ediblər.

Medianews.az xəbər verir ki, Bat Universiteti araşdırma aparıb və 46 növ məməli öyrənilib. Maraqlı nəticə əldə olunub: beynin ölçüsü ilə immun sisteminin gücü və ömür uzunluğu arasında əlaqə var.

Tədqiqat göstərib ki, pişiklərdə bədənə nisbətən beyin ölçüsü bir çox it cinslərindən daha böyükdür. Bu xüsusiyyət onların daha yaxşı uyğunlaşmasına və güclü immun sisteminə malik olmasına kömək edir.

Alimlərin fikrincə, pişiklərin immun sistemi zədələnmiş hüceyrələri daha effektiv aradan qaldırır, infeksiyalara qarşı mübarizə aparır və bəzi xərçəng növlərinin inkişaf riskini azaldır. Nəticədə pişiklər adətən itlərlə müqayisədə daha uzun ömür sürürlər.

Medianews.az

Bizə qoşulun