Medianews.az
Pensiya kapitalı nə qədər artırıldı?
101 baxış

Pensiya kapitalı nə qədər artırıldı?

"Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirildi.

Yəni yalnız əmək pensiyalarında deyil, həmçinin pensiya kapitalında da artım həyata keçirildi.

Sərəncama uyğun olaraq, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5.6 faiz olub. Bu o deməkdir ki, vətəndaşlarımızın 1 yanvar 2026-cı il tarixinə olan pensiya kapitalları 5.6 faiz artırıldı.

Belə ki, əgər vətəndaşın 40 min manat pensiya kapitalı varsa, onun yığımına 2 min 240 manat əlavə olunur. Nəticədə həmin vətəndaşımızın pensiya kapitalı 42 min 240 manata çatır.

Pensiya kapitalının indeksləşdirilməsi yığılan pulların inflyasiyadan qorumaq məqsədi daşıyır. Məqsəd həmin vəsaitlərə qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdadır.

Vüqar Bayramov,
iqtisadçı deputat

Bizə qoşulun