Medianews.az
Pələng 21 yaşlı gəncin
201 baxış

Pələng 21 yaşlı gəncin ayağını yedi

Hindistanda pələng 21 yaşlı gənci öldürüb daha sonra ayağını yeyib.

Medianews.az xəbər verir ki, faciə avqustun 23-ü axşam saatları, Uttar Pradeş ştatının Sitatur rayonunda baş verib.

Mərhum şəkər plantasiyasında işləyərkən vəhşi pişiyin hücumuna məruz qalıb. Hücumun yerli xəstəxanadan cəmi 200 metr aralıda baş verməsinə baxmayaraq, Qurbanın meyiti tapılana qədər heç kim bunu hiss etməyib.

Sitaturdakı meşə idarəsinin əməkdaşları əmindirlər ki, pələng kişiyə hücum etməzdən əvvəl Xeri meşə massivindəki yasaqlıqdan təxminən səkkiz kilometr məsafə qət edib. Üstəlik, bu ərazidə əvvəllər pələnglərin insanlara qarşı ölümcül hücumu olmayıb.

Medianews.az

Bizə qoşulun