Medianews.az
Paşinyan 2 müavini və 12 nazirlə bağlı qərarını elan etdi -
182 baxış

Paşinyan 2 müavini və 12 nazirlə bağlı qərarını elan etdi - SİYAHI

Bu il iyunun 7-də keçirilmiş parlament seçkisində rəhbərlik etdiyi Vətəndaş Sazişi Partiyası ilə qalib gələn, beləliklə, yenidən hökumət qurmaq hüququ qazanan Ermənistanın baş naziri Nikol Paşinyan hökumət tərkibinin dəyişməz qalacağını bəyan edib.

Medianews.az xəbər verir ki, hazırda kabinetdə baş nazirin 2 müavini və 12 nazir yer alır:

baş nazirin müavinləri Mger Qriqoryan və Tiqran Xaçatryan

xarici işlər naziri Ararat Mirzoyan

müdafiə naziri Suren Papikyan

ədliyyə naziri Srbui Qalyan

daxili işlər naziri Arpine Sərkisyan

iqtisadiyyat naziri Gevork Papoyan

maliyyə naziri Vaqe Ovannisyan

yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan

ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan

əmək və sosial məsələlər naziri Arsen Torosyan

elm, təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan

səhiyyə naziri Anait Avanesyan

ətraf mühit naziri Ambarsum Matevosyan.

1975-ci il təvəllüdlü Nikol Paşinyan 2012-ci ilin parlament seçkisinə Erməni Milli Konqresindən deputat mandatı alıb.

2017-ci ildə Vətəndaş Sazişi Partiyasının daxil olduğu “Çıxış” bloku parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək taxtdan düşüb.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.

Həmin il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkisini Vətəndaş Sazişi Partiyası udub.

2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkisində Vətəndaş Sazişi Partiyası 105 nəfərlik qanunverici orqana 64 mandat alaraq yenidən hökumət qurmaq hüququ əldə edib.

Medianews.az

Bizə qoşulun