Medianews.az
Ukrayna hökumətində hansı nazir postları olacaq?
151 baxış

Ukrayna hökumətində hansı nazir postları olacaq?

Ukraynanın yeni hökumətinin ilkin strukturu açıqlanıb.

Medianews.az bildirir ki, plan bu nazir postlarını nəzərdə tutur:

xarici işlər naziri

müdafiə naziri

ədliyyə naziri

daxili işlər naziri

maliyyə naziri

energetika naziri

iqtisadiyyat və ekologiya naziri

aqrar siyasət naziri

rəqəmsal transformasiya naziri

icmalar və ərazilər naziri

infrastruktur və bərpa naziri

sosial siyasət, ailə və birlik naziri

veteranlar naziri

təhsil və elm naziri

səhiyyə naziri

mədəniyyət naziri

gənclər və idman naziri.

Bəzi nazirlər eyni zamanda baş nazirə müavinlik edəcək.

Parlament – Ali Rada iyulun 16-da prezident Vladimir Zelenskinin təqdimatına baxaraq Sergey Koretskini baş nazir təyin etməlidir.

İki gün öncə 2025-ci il iyulun 17-dən baş nazirlik edən Yuliya Sviridenkonun istefası rəsmiləşib.

Ölkədə hökuməti parlament formalaşdırır. Baş nazirin, xarici işlər və müdafiə nazirlərinin namizədliyini prezident, qalan hökumət üzvlərinin namizədliyini baş nazir verir.

Ali Radada Vladimir Zelenskiyə bağlı Xalq Xidmətçisi Partiyası və müttəfiqləri çoxluqdadır.

1978-ci il təvəllüdlü Sergey Koretski avtomobil və avtomobil təsərrüfatı, iqtisadiyyat, neft və qaz hasilatı üzrə üç ali təhsil alıb.

1997-2018-ci illərdə “Kontinium” yanacaq holdinqində məsul vəzifələr tutub, o cümlədən baş direktor olub. 2018-ci ildən müxtəlif biznes layihələrinə yön verib, 2022-ci ildə “Ukrnafta” və “Ukrtatnafta” müəssisələrinin direktoru, 2025-ci ildə “Naftoqaz” şirkətinin rəhbəri seçilib.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun