Medianews.az
Oğul anasını, ata isə oğlunu öldürdü -
211 baxış

Oğul anasını, ata isə oğlunu öldürdü - FOTO

Oğuz rayonunda 1978-ci il təvəllüdlü Zahirə Elxan qızı Qəhrəmanova yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.

Medianews.az Report-a istinadən xəbər verir ki, hadisə Calud kəndindəki fermada baş verib.

Hadisəni törətməkdə onun oğlu, 2010-cu il təvəllüdlü O.Q şübhəli bilinir.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Fakt araşdırılır.

Digər qətl hadisəsi isə Gədəbəydə qeydə alınıb.

Medianews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, rayon sakini 1988-ci il təvəllüdlü Rəşad İlyasov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə onun atası, 1966-cı il təvəllüdlü İlqar İlyasov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun