“Kontakt linzalarda yatmağın ciddi risklər törədə bilər”.
Medianews.az xəbər verir ki, bunu rusiyalı oftalmoloq həkim Anna Toltaeva deyib.
O bildirib ki, linzalar yuxu üçün nəzərdə tutulmayıb və onlarla yatanda korneaya (gözün ön hissəsində yerləşən, şəffaf, qabarıq və damarsız təbəqə) oksigen çatmır, göz yaşı dövranı pozulur.
Toltaeva izah edib ki, linzalarda yatmaq nəticəsində gözlərdə quru hiss, işığa qarşı həssaslıq, “qum” hissi, qızartı və yad cisim hissi yaranır. Daha ciddi hallarda isə mikrozədələnmələr, virus mənşəli keratit və hətta kornea ülserləri baş verə bilər.
Həkim vurğulayıb ki, bu risklər soyuqdəymə və alkoqol qəbulundan sonra daha da artır.
Oftalmoloq xəstələrə yuxuda linzalardan istifadə etməməyin, həmçinin uzun müddətli oksigen çatışmazlığının qarşısını almağın vacib olduğunu xatırladıb.
Medianews.az