Medianews.az
Nyu-Yorkda hücum:
70 baxış

Nyu-Yorkda hücum: Gənc qız son anda xilas oldu

ABŞ-də metroda 23 yaşlı qız son anda xilas olub.

Medianews.az xəbər verir ki, hadisə Nyu-York şəhərində baş verib.       

Məlumata görə, naməlum kişi küçədə qıza yaxınlaşaraq onunla söhbət etməyə çalışıb. Qız ünsiyyəti davam etdirmək istəməyib və uzaqlaşmağa cəhd edib. Lakin kişi onun yolunu kəsərək qəfil onu qucağına alıb və zorla metroya aparıb.

Qız yalnız polisi çağıracağı ilə hədələdikdən sonra kişi onu buraxıb. Hadisədən sonra şübhəli şəxs dərhal qaçıb.

Hazırda polis həmin şəxsin axtarışını davam etdirir.

Medianews.az

Bizə qoşulun