Medianews.az
Nura Suri ŞOK faktlar açıqladı -
80 baxış

Nura Suri ŞOK faktlar açıqladı - Aldadıb işdən çıxarıblar

Tanınmış müğənni Nura Surı ıli Mədəniyyət Nazirliyi arasında qalmaqal davam edir.

“Yeni Sabah” xəbər verir ki,  N.Suri sosial şəbəkədə daha bir paylaşım edib:

"Əslində, bizim dediklərimizi jurnalistlər araşdırıb ictimailəşdirə bilərlər. Son 15 il ərzində hansı müğənnilərə mədəniyyət evlərində vəzifə verilib, 1 il çəkmədən də işdən azad ediblər? Təmir etdirib, mebel aldırıb, aldadıb işdən çıxarıblar. 

Bunları çoxu fəxri ad ala bilməsi üçün edib.

Bəzilərini isə Dövlət Akademik Musiqi Teatrına və başqa bu kimi yerlərə guya solist kimi işə götürüblər ki, oradan təqdimatlar verə bilsinlər. Ad alanların təqdimatlarının haradan göndərildiyini yoxlasanız, aydın olacaq.

Nərminə də o vaxt mənə təklif edəndə, Bakı şəhər Mədəniyyət Evində işləyən, adını unutduğum bir şəxs qəbuluna çağırmışdı. Bakı kəndlərindən birində yerləşən hansısa mədəniyyət evi idi. Pis vəziyyətdə idi, amma dəqiq adı yadımda qalmayıb".

Müğənni bildirib ki, onu ora direktor təyin etmək istəyiblər:

"Bunu edəcəkdilər ki, mən də öz növbəmdə təmir etdirim, mebel alım. Hesablamışdım ki, bütün bu işlərə 100 min pul gedəcək. Dedim ki, mənlik deyil, bu boyda məsuliyyətin altına girə bilmərəm. Mən pul xərcləyəcəkdim, onlar da dövlətdən nə qədər pul siləcəkdi, sonra da mən cavabdeh olacaqdım.

Bir neçə aydan sonra eşitdim ki, nazirlikdə yoxlamalar gedir. Məni qəbul edən həmin şəxs də çağırılmışdı, hətta məlumatı saytlarda da görmüşdüm. Amma sonda tutulan nazir müavini oldu, həmin şəxs də səhv etmirəmsə, onun köməkçisi idi.

Nə isə… Bu dediklərimi o vaxt da yazmışdım, sadəcə Nərminənin adını çəkməmişdim, çünki vasitəçi idi. Ona deyirdilər ki, müğənnilərlə danış, bunu et, o da gəlib bizə deyirdi. Bakı şəhər Mədəniyyət İdarəsində işləyirdi. İndi də deyəsən, eyni yerdə işləyir. Məni də elə həmin idarədə qəbul etmişdilər". 

Bizə qoşulun