Hər il Novruz bayramından 13 gün sonra bölgələrdə maraqlı bir ənənə – “səməni atdı” mərasimi keçirilir. Əksər insanlar Novruzda cücərdilən səmənilərini axar suya ataraq arzularının həyata keçməsini niyyət edirlər.
Mərasimdə iştirak edənlər səmənilərini suya atır, arzularının həyata keçməsi üçün dua edirlər. İnanca görə, səmənini suya atan şəxsin niyyəti növbəti Novruz bayramına qədər reallaşır. Niyyəti həyata keçənlər isə növbəti bayramda yenidən mərasimə qatılır və digər iştirakçılara şirniyyat paylayırlar.
Bu ənənə uzun illərdir qorunub saxlanılır.