Medianews.az
Nobel laureatı vəfat etdi -
118 baxış

Nobel laureatı vəfat etdi - FOTO

2017-ci il ədəbiyyat üzrə Nobel laureatı, yapon əsilli britaniyalı yazıçı Kazuo İşiquro 71 yaşında Londonda vəfat edib.

Medianews.az xəbər verir ki, onun ölmünü İsveç Akademiyası təsdiqləyib.

1954-cü ildə Naqasakidə doğulan yazıçı 5 yaşında ailəsi ilə birlikdə Böyük Britaniyaya köçüb. Onun əsərlərində yaddaş, unudulma, peşmanlıq və insanın daxili aləmi əsas mövzular olub.

İşiquro 2017-ci ildə Nobel mükafatına layiq görülüb. Onun ən tanınmış əsərləri sırasında “Günün qalanları”, “Məni heç vaxt buraxma” və “Basdırılmış nəhəng” yer alır. “Günün qalanları” romanı 1989-cu ildə Buker mükafatını qazanıb və sonradan ekranlaşdırılıb.

Əsərləri:

  • “Uzaq təpələr” (1982)
  • “Dəyişən dünyada bir sənətçi” (1986)
  • “Günün qalanları” (1989)
  • “Avunamayanlar” (1995)
  • “Yetimlik” (2000)
  • “Məni heç vaxt buraxma” (2005)
  • “Basdırılmış nəhəng” (2015)
  • “Klara və Günəş” (2021)

Medianews.az

Bizə qoşulun