Medianews.az
İspaniyanı çempion edəcək 3 ulduz –
106 baxış

İspaniyanı çempion edəcək 3 ulduz – Qvardioladan PROQNOZ

"Mançester Siti"nin sabiq baş məşqçisi Xosep Qvardiola DÇ-2026-da İspaniya millisinə çempionluq gətirə biləcək üç əsas futbolçunun adını açıqlayıb.

Medianews.az xəbər verir ki, mütəxəssis, gənc ulduz Lamin Yamalın fiziki durumuna toxunaraq komandanın əsas güc mərkəzlərini qeyd edib:

"Hər şeyin necə olacağını dəqiq bilmirəm, amma görünən odur ki, Lamin Yamal keçirdiyi zədələrdən sonra turnirdə ən yaxşı fiziki formasında deyil. Buna baxmayaraq, o, öz yaşına görə təzyiqlə inanılmaz dərəcədə yaxşı mübarizə aparır və təkbaşına oyunun gedişatını dəyişməyə qadirdir. Hesab edirəm ki, əgər Rodri meydanın mərkəzində Pedri ilə birlikdə oyunun tempini diktə edə bilsə, bu tandem Lamin Yamalın ustalığı ilə birləşərək matçın taleyini həll edə biləcək gücdə olacaq”.

Qeyd edək ki, DÇ-2026-nın 1/8 final mərhələsi çərçivəsində İspaniya millisi bu gün, iyulun 6-da Portuqaliya ilə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun