Medianews.az
DÇ-2026-da qalmaqal:
98 baxış

DÇ-2026-da qalmaqal: Klopp FİFA və Donald Trampı sərt tənqid etdi

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp ABŞ millisinin hücumçusu Folarin Baloqonun cəzasının ləğv edilməsindən sonra FİFA prezidenti Canni İnfantino və ABŞ prezidenti Donald Trampı kəskin şəkildə tənqid edib.

Medianews.az xəbər verir ki, Yurgen Klopp bu qərara sert reaksiya verib:

"Əgər Tramp və İnfantino həqiqətən bu barədə danışıblarsa, deməli, biz dəli olmuşuq. Biz göstərməliyik ki, bu futbol bizim oyunumuzdur, onların yox. Bu iki şəxs futboldan heç nə anlamır və onun yaxınlığına buraxılmamalıdırlar. Hepimiz həyatda səhv qərarlar veririk və onlarla yaşamağı öyrənirik. Keçmişdə hamının səhv olduğunu bildiyi o qədər absurd qırmızı vərəqələr olub ki... Amma qərar verildiyi üçün qüvvədə qalıb. Baloqonun qırmızı vərəqəsi qaydalara görə tamamilə ədalətli idi". 

Qeyd edək ki, Baloqun DÇ-2026-nın 1/16 finalında Bosniya və Herseqovinaya qarşı oyunda (2:0) birbaşa qırmızı vərəqə alaraq Belçika ilə 1/8 final matçını buraxmalı idi. Lakin FİFA İntizam Məcəlləsinə əsaslanaraq onun cəzasını 1 illik sınaq müddəti ilə təxirə salıb və futbolçunun oynamasına icazə verib. Jurnalist Ben Ceykobsun iddiasına görə, bu qərar Ağ Evin FİFA-ya birbaşa müraciətindən sonra qəbul edilib və Donald Tramp buna görə təşkilata təşəkkür edib.

25 yaşlı Folarin Baloqun cari dünya çempionatında keçirdiyi 3 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Medianews.az

Bizə qoşulun