“Qəfil yuxusuzluq iki sağalmaz nevroloji xəstəliyin erkən əlaməti ola bilər”.
Medianews.az xəbər verir ki, bunu nevroloq Yekaterina Demyanovskaya deyib.
Parkinson xəstəliyində yuxusuzluq və REM fazasında davranış pozuntusu (yuxuda hərəkət etmək, danışmaq, əl-qol atmaq) tipik motor simptomlardan — titrəmə və əzələ sərtliyindən — bir neçə il əvvəl ortaya çıxa bilər.
Eyni vəziyyət Alzheimer xəstəliyində də müşahidə olunur: erkən mərhələdə sirkadiyalı ritmlərin pozulması nəticəsində insan gecə yuxuya getməkdə çətinlik çəkir, tez-tez oyanır və gündüz güclü yuxululuq hiss edir.
Medianews.az