Mayın 6-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 118,56 dollara satılır.
Medianews.az bildirir ki, bu, dövlət büdcəsində nəzərdə tutulandan 53,56 dollar yuxarı qiymətdir.
Neft fevralın 28-dən bəri ABŞ və İsraillə İran arasında gərginlik dalğasında bahalaşıb.
Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26 dollarla başlayıb.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib. Energetika Nazirliyi 2026-cı ilin ilk rübündə kondensatla birlikdə neft hasilatını 6,6 milyon ton göstərib.