Medianews.az
"Neftçi"nin sabiq futbolçusu "Xankəndi" klubuna
52 baxış

"Neftçi"nin sabiq futbolçusu "Xankəndi" klubuna transfer olunub

"Xankəndi" klubu heyətini yarımmüdafiəçi ilə gücləndirib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, II Liqa təmsilçisi "Neftçi"nin sabiq futbolçusu Əli Mürsəlovu heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu "Baku Sporting" olan Ə.Mürsəlov karyerası ərzində "Neftçi" ilə yanaşı, "Turan Tovuz" və "Zirə"nin də formasını geyinib.

Bizə qoşulun