Medianews.az
Nadir hadisə: Qadın eyni anda 9 uşağa hamilədir -
55 baxış

Nadir hadisə: Qadın eyni anda 9 uşağa hamilədir - VİDEO

Misirdə baş verən qeyri-adi hadisə sosial mediada gündəm olub. Rutin USM müayinəsinə gedən bir qadın gözləmədiyi xəbər alıb - o, eyni anda doqquz körpəyə hamilədir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ilk olaraq “əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Həkimlərin sözlərinə görə, belə çoxsaylı hamiləliyin yaranmasına səbəb qadının sonsuzluğa qarşı dərmanları həkim məsləhəti olmadan istifadə etməsidir. Bu cür preparatlar yumurtalıqları eyni dövrdə bir neçə yumurta hüceyrəsi yaratmağa sövq edir. Dozanın düzgün seçilməməsi isə çoxlu sayda yumurtanın eyni anda yetişib mayalanmasına yol aça bilər.

Həkimlər hazırda qadının vəziyyətini nəzarətdə saxlayırlar. Doqquz körpənin hamısının dünyaya gələcəyi ilə bağlı dəqiq məlumat verilmir. Ginekoloqlar bildirirlər ki, müasir tibbdə həm ananın sağlamlığını qorumaq, həm də digər embrionların inkişafını normallaşdırmaq üçün bəzən embrion sayının azaldılması təklif olunur.

Bizə qoşulun