2026-cı ilin dünya futbol çempionatında 104 oyunun 102-si geridə qalıb.
Medianews.az bildirir ki, 12 görüş 1:1 hesabı, 8 görüş 0:0 hesabı, 3 görüş 2:2 hesabı, 1 görüş 3:3 hesabı ilə yekunlaşıb.
14 oyunda 2:1 hesabı, 14 oyunda 1:0 hesabı, 11 oyunda 2:0 hesabı, 9 oyunda 3:1 hesabı, 8 oyunda 3:0 hesabı, 6 oyunda 3:2 hesabı, 5 oyunda 4:1 hesabı, 3 oyunda 5:1 hesabı, 2 oyunda 4:2 hesabı, 2 oyunda 5:0 hesabı, 2 oyunda 4:0 hesabı, 1 oyunda 7:1 hesabı, 1 oyunda 6:0 hesabı qeydə alınıb.
İyunun 11-dən ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi çempionatın finalında İspaniya və Argentina milli komandaları üz-üzə gələcək. Yekun matç və üçüncü yer oyunu (Fransa – İngiltərə) iyulun 19-na təyin olunub.
1930-2022-ci illərdə Braziliya 5, İtaliya və Almaniya 4, Argentina 3, Uruqvay və Fransa 2, İngiltərə və İspaniya 1 dəfə dünya çempionu olub.