Medianews.az
Messi Maradonanı unutmadı:
97 baxış

Messi Maradonanı unutmadı: “O, bu anı yaşayır”

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində qazanılan qələbəni əfsanəvi futbolçu Dieqo Maradonaya həsr edib.

Medianews.az-ın məlumatına görə, Messi bildirib ki, Maradonanın bu anı göylərdən izlədiyinə inanır və əldə olunan uğurun onun üçün də xüsusi anlam daşıdığını vurğulayıb.

“Belə bir futbolçunun dövründə yaşamaq bizim üçün böyük şans idi. Bilirəm ki, o, mənə çox yaxşı münasibət bəsləyirdi. Aramızdakı gözəl xatirələri həmişə yadda saxlayacağam”, – deyə Messi qeyd edib.

Xatırladaq ki, Argentina yarımfinalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Messi görüşdə iki məhsuldar ötürmə ilə yadda qalıb.

Medianews.az

Bizə qoşulun