Medianews.az
Çiyələyin daha bir möcüzəvi faydası
94 baxış

Çiyələyin daha bir möcüzəvi faydası ortaya çıxdı

Mütəxəssislər ürək tutması riskini azaltmağa kömək edən faydalı giləmeyvənin çiyələk olduğunu açıqlayıblar.

Medianews.az xəbər verir ki, araşdırmalara görə, çiyələyin tərkibində ürək sağlamlığı üçün faydalı olan çoxlu antioksidantlar, xüsusilə də antosianinlər var. Bu maddələr infarkt riskini azaltmaqla yanaşı, xərçəng hüceyrələrinin yaranması və yayılmasının qarşısının alınmasına da kömək edə bilər.

Ekspertlər qeyd ediblər ki, çiyələk immun sistemi üçün də faydalıdır. Bir stəkan çiyələk orqanizmin gündəlik C vitamini ehtiyacını təmin edir və bu vitamin infeksiyalara qarşı mübarizə aparan ağ qan hüceyrələrinin fəaliyyətini dəstəkləyir.

Mütəxəssislər çiyələyi qapalı qabda, kağız dəsmal üzərində saxlamağı və yalnız istifadə etməzdən əvvəl yumağı məsləhət görüblər.

Medianews.az

Bizə qoşulun