Medianews.az
Həbibdən İngiltərəyə sərt tənqid:
163 baxış

Həbibdən İngiltərəyə sərt tənqid: “Sadəcə oturub gözlədilər”

UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədov DÇ-2026-nın yarımfinalında İngiltərənin Argentina ilə oyununu dəyərləndirib.

Medianews.az xəbər verir ki, Argentina yığması İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Nurməhəmmədov bildirib ki, ingilislər matçın sonlarında həddindən artıq müdafiəyə çəkilərək rəqibə üstünlük veriblər.

“Argentina sadəcə xarakteri ilə qalib gəldi. İngiltərə müdafiəyə çəkildi və sanki Argentinanın iki qol vurmasını gözlədi. Belə oyunda daha çox futbol oynamaq lazım idi”, – deyə o qeyd edib.

Həbib qarşıdakı Argentina–İspaniya finalını da yüksək qiymətləndirərək bu görüşdə kimin favorit olduğunu müəyyən etməyin çətin olduğunu vurğulayıb.

Medianews.az

Bizə qoşulun