Medianews.az
Moldova: baş nazir postuna namizəd rəsmiləşdi
912 baxış

Moldova: baş nazir postuna namizəd rəsmiləşdi

Oktyabrın 24-də Moldova prezidenti Mayya Sandu Aleksandru Muntyanunu baş nazir postuna namizəd irəli sürüb.

Medianews.az bildirir ki, 1964-cü il təvəllüdlü Aleksandru Muntyanu fizikdir, investisiya sahəsində biznes fəaliyyəti ilə tanınıb. Ona hakim Hərəkət və Həmrəylik Partiyası dəstək verir.

Ölkədə hökuməti parlamentdə mandatların yarıdan çoxuna sahib olan partiya formalaşdırır. Sentyabrın 28-də seçilmiş yeni qanunverici orqanda prezident Mayya Sanduya bağlı Hərəkət və Həmrəylik Partiyası 101 mandatın 55-nə sahibdir.

Hərəkət və Həmrəylik Partiyasının lideri İqor Qrosu parlament sədridir. Bu qurum Moldovanın Qərbə sıx inteqrasiyasına tərəfdardır.

Mayya Sandu 2020 və 2024-cü illərin ümumxalq seçkilərində prezident seçilib.

Medianews.az

Bizə qoşulun