Türkiyədə Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə 9 vilayətdə eyni vaxtda keçirilən əməliyyat zamanı kibercinayətkarlıq şəbəkəsinə zərbə vurulub.
Medianews.az xəbər verir ki, MİT, Jandarma və Maliyyə Cinayətlərinin Təhqiqi Şurasının birgə əməliyyatı nəticəsində dövlət qurumlarının sistemlərinə sızan, vətəndaşların şəxsi məlumatlarını oğurlayan və bu məlumatları “diler sistemi” ilə satan 12 şübhəli saxlanılıb.
Əməliyyat zamanı çoxsaylı serverlər, rəqəmsal daşıyıcılar və kriptovalyuta cüzdanları müsadirə olunub. Şəbəkənin əsas texniki təşkilatçısının Mardində saxlanıldığı və kod adlarla fəaliyyət göstərdiyi müəyyən edilib.
İstintaq davam edir.



