Balidə istirahət zamanı görov götürülən ukraynalı iş adamının oğlu İqor Komarov həftələr sonra parçalanmış halda ölü tapılıb.
Medianews.az xəbər verir ki, hadisə beynəlxalq ictimaiyyətdə rezonans doğurub.
Araşdırma zamanı məlum olub ki, 28 yaşlı Komarovun yerinin müəyyənləşdirilməsində sevgilisi, bloqer Yeva Mişalovanın sosial şəbəkələrdə etdiyi məkan paylaşımlarının rolu ola bilər. İddiaya görə, bu paylaşımlar onun izlənməsini asanlaşdırıb.
Oğurluqdan sonra yayılan videoda Komarovun ağır işgəncələrə məruz qaldığı görünür. Hücum edənlər təxminən 7 milyon funt sterlinq pul tələb edib. Videoda onun kömək istədiyi anlar da əks olunub.
Təxminən iki həftə sonra adanın şərq sahilində çay mənsəbində insan bədəninə aid hissələr aşkarlanıb. DNT analizləri nəticəsində qalıqların Komarova məxsus olduğu təsdiqlənib. Polis meyitin müxtəlif hissələrə bölündüyünü açıqlayıb. İstintaq çərçivəsində əldə olunan sübutlar əsasında, biri saxta pasportdan istifadə edən 7 nəfər şübhəli saxlanılıb.
Hadisədən sonra Yeva Mişalovanın sosial şəbəkə paylaşımlarını davam etdirməsi və Komarovla fotosunu “Səni sevirəm” qeydi ilə paylaşması ictimai müzakirələrə səbəb olub.
Medianews.az

