Medianews.az
Millidən Messiyə dəstək:
105 baxış

Millidən Messiyə dəstək: “Səni əbədi sevəcəyik, kapitan”

İyulun 19-da keçirilən final görüşündə Argentina əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub. Mükafatlandırma mərasimində 39 yaşlı Messi göz yaşlarını saxlaya bilməyib.

Medianews.az xəbər verir ki, Argentina millisinin mətbuat xidməti 2026-cı il dünya çempionatının finalından sonra komandanın kapitanı Lionel Messiyə dəstək mesajı yayımlayıb.

Millinin paylaşımında deyilir:

“Sənin göz yaşların bizim də göz yaşlarımızdır, kapitan. Bizə həyatımızın ən böyük sevinclərini yaşatdığın, fədakarlığın, sehrli oyunun və son saniyəyədək mübarizən üçün təşəkkür edirik. Səni həmişə sevəcəyik, Leo!”

Qeyd edək ki, Messi karyerasında altıncı dəfə dünya çempionatında iştirak edib. O, 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu adını qazanaraq komandasını tarixə yazdırmışdı.

Medianews.az

Bizə qoşulun