Medianews.az
Messi İngiltərə ilə ilk dəfə
100 baxış

Messi İngiltərə ilə ilk dəfə üz-üzə gələcək

DÇ-2026-nın ikinci yarımfinalında Argentina və İngiltərə milliləri qarşılaşacaq.  Bu görüş Lionel Messi üçün xüsusi əhəmiyyət daşıyır.

Medianews.az xəbər verir ki, 39 yaşlı Argentina millisinin kapitanı karyerasında ilk dəfə İngiltərə yığmasına qarşı mübarizə aparacaq.

Messinin İngiltərə klublarına qarşı təcrübəsi isə kifayət qədər zəngindir. O, Çempionlar Liqasında Premyer Liqa təmsilçilərinə qarşı 36 oyun keçirib, 27 qol vurub və 6 məhsuldar ötürmə edib.

Argentina–İngiltərə görüşü bu gün Bakı vaxtı ilə 00:00-da başlayacaq. Qarşılaşmanın qalibi finalda Fransanı 2:0 hesabı ilə məğlub edən İspaniya ilə üz-üzə gələcək.

Medianews.az

Bizə qoşulun