Medianews.az
"Argentina oyunu şouya çevirmək istəyəcək"
87 baxış

"Argentina oyunu şouya çevirmək istəyəcək"

İngiltərə millisinin sabiq hücumçusu Kris Satton DÇ-2026-nın yarımfinalında Argentina ilə keçiriləcək oyunla bağlı maraqlı proqnoz verib.

Medianews.az xəbər verir ki, Satton qarşılaşmanın tarixi rəqabət səbəbindən gərgin keçəcəyini bildirib və İngiltərənin qalib gələcəyinə inandığını deyib.

"Bu, iki ölkə arasındakı tarixə görə möhtəşəm oyun olacaq. Argentinalılar oyunu şouya və ya xaosa çevirməyi sevirlər. Amma İngiltərə soyuqqanlılığını qorusa, inamlı qələbə qazanacaq. Hətta düşünürəm ki, Argentina oyunu doqquz nəfərlə başa vuracaq".

Qeyd edək ki, İngiltərə–Argentina yarımfinalı iyulun 15-də Atlantada keçiriləcək. Qarşılaşmanın qalibi finalda İspaniya millisi ilə üz-üzə gələcək.

Medianews.az

Bizə qoşulun