Medianews.az
Tovuzda qadının zorakılığa məruz qalması ilə bağlı
83 baxış

Tovuzda qadının zorakılığa məruz qalması ilə bağlı həyat yoldaşı saxlanılıb

Tovuz rayon sakini T. Rüstəmovanın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması və sığınacağa yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Medianews.az-a bildirilib ki, araşdırmalar çərçivəsində qadının həyat yoldaşı A. Bədirov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Bizə qoşulun