İspaniya millisinin gənc ulduzu Lamin Yamalın evi qarət edilməyə cəhd edilib.
Medianews.az xəbər verir ki, hadisə İspaniya–Fransa matçından sonra, Barselona yaxınlığındakı Espluqes-de-Lyobreqat şəhərində baş verib.
Məlumata görə, futbolçunun işə götürdüyü mühafizəçilər təhlükəsizlik kameraları vasitəsilə evin divarına çıxan iki şübhəli şəxsi görüblər. Maskalı olan şəxslərdən biri qara, digəri isə boz geyimdə olub.
Onların aşkar edildiyini başa düşən şəxslər dərhal ərazidən uzaqlaşıblar. Hadisə barədə polisə məlumat verilib və araşdırma başlanıb.
Qeyd olunur ki, həmin səhər eyni elit yaşayış kompleksində daha iki oğurluq hadisəsi də qeydə alınıb. Həmin hadisələrin eyni şəxslər tərəfindən törədilib-törədilmədiyi hələlik məlum deyil.
Medianews.az