Medianews.az
Əfsanəvi hücumçudan
105 baxış

Əfsanəvi hücumçudan İngiltərə–Argentina duelinə hesab

İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer DÇ-2026 yarımfinalında Argentina ilə qarşılaşma öncəsi proqnozunu açıqlayıb.

Medianews.az xəbər verir ki, Şirer İngiltərənin baş məşqçisi Tomas Tuxelin komandasının finala yüksələcəyinə inandığını bildirib: 

"İngiltərə şübhəsiz finala çıxacaq. Argentina qol buraxacaq, biz isə qol vuracağıq. Möhtəşəm oyun və 3:2 hesablı qələbə gözləyirəm. Bellingem və Keyn bizim əsas silahlarımızdır, nəticəni onlar müəyyən edəcək".

Qeyd edək ki, İngiltərə–Argentina yarımfinalı iyulun 15-də Atlantadakı "Mercedes-Benz Stadium"da keçiriləcək. Qarşılaşmanın qalibi finalda Fransanı 2:0 hesabı ilə məğlub edən İspaniya ilə üz-üzə gələcək.

Medianews.az

Bizə qoşulun