Medianews.az
Məşhur türkiyəli müğənni Aleyna Tilkinin narkotik testinin nəticəsi məlum oldu
99 baxış

Məşhur türkiyəli müğənni Aleyna Tilkinin narkotik testinin nəticəsi məlum oldu

Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində diqqətçəkən irəliləyiş baş verib.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir.

Məlumata görə, istintaq çərçivəsində saç və qan nümunələri verən 25 yaşlı müğənni Aleyna Tilkinin narkotik testi müsbət çıxıb.

İstintaq müddətində dekabrın 18-də saxlanılan və Məhkəmə Tibb Qurumunda qan və saç nümunələri götürüldükdən sonra sərbəst buraxılan Aleyna Tilkinin marixuana istifadə etdiyi təsdiqlənib.

Ehtimal edilir ki, musiqi dünyasının gənc ulduzunun orqanizmində marixuananın aşkarlanması istintaqda yeni detalların üzə çıxmasına yol açacaq.

Bizə qoşulun