Həkim Dieqo Suares, səhər yeməyində tez-tez üstünlük verilən bir məhsulun sağlamlıq üçün ciddi təhlükə yaratdığını bildirib.
Medianews.az xəbər verir ki, mütəxəssis səhərlər heç bir növ peçenye yeməməyi tövsiyə edir. Suares vurğulayıb ki, bu məhsul yalnız qaraciyərinin piylənməsini (piy distrofiyası) istəyən insanlar üçün ideal bir səhər yeməyi ola bilər. Bundan əlavə, peçenye bədəndə xroniki iltihabı gücləndirir və şəkər asılılığına yol açır.
Mütəxəssis eyni zamanda səhər yeməyində qranola və müxtəlif taxıl lopalarından (xlopya) da uzaq durmağa çağırıb: "Elmi məlumatlar göstərir ki, bu ultra-işlənmiş qidalar qanda qlükoza və insulin səviyyəsinin qəfil yüksəlməsinə, ardınca isə kəskin şəkildə düşməsinə səbəb olur. Bu dalğalanma bir neçə saatdan sonra insanda güclü aclıq hissi, yorğunluq və diqqət dağınıqlığı yaradır".
Medianews.az