Medianews.az
Sertifikatlaşdırma imtahanında hansı fənn üzrə
91 baxış

Sertifikatlaşdırma imtahanında hansı fənn üzrə ən yüksək nəticə qeydə alınıb?

2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesində ən yüksək uğur göstəricisi texnologiya fənnini tədris edən müəllimlər arasında qeydə alınıb.

Medianews.az-ın xəbərinə görə, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, texnologiya fənni üzrə sertifikatlaşdırmada iştirak edən 2 948 müəllimdən 2 555-i uğurlu nəticə göstərib. Fiziki tərbiyə fənni üzrə 5 419 müəllimdən 4 516-sı, təsviri incəsənət üzrə 1 689 müəllimdən 1 405-i, musiqi üzrə 1 311 müəllimdən 1 041-i, tarix fənni üzrə isə 5 571 müəllimdən 4 194-ü sertifikatlaşdırmadan uğurla keçib.

Bizə qoşulun