Qazaxıstanda yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnən qadın qeyri-adi davranışı ilə diqqət çəkib.
Medianews.az xəbər verir ki, polis əməkdaşları tərəfindən saxlanılan və inzibati cərimə tətbiq edilən sürücü hadisədən sonra TikTok platformasında canlı yayım açıb.
O, polis əməkdaşlarının yanında musiqi sədaları altında rəqs edərək cəriməyə görə narahat olmadığını nümayiş etdirib.
Qadının rahat və şən davranışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Canlı yayımı izləyənlər onun cəriməyə bu cür reaksiya verməsinə təəccübləndiklərini bildiriblər.