İzmirin Çeşmə rayonunda Dilan Polat və Engin Polat cütlüyünün mühafizəçisi Can Polatın öldürüldüyü silahlı hücumla bağlı diqqətçəkən iddialar ortaya çıxıb.
Medianews.az xəbər verir ki, Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq çərçivəsində saxlanılan 23 yaşlı şübhəlinin ifadəsi və araşdırmalar nəticəsində hücumun arxasında "Daltonlar" kimi tanınan cinayətkar qruplaşmanın dayandığı iddia olunur.
Hətta bəzi məlumatlara görə, hücumun əsas hədəfi Can Polat deyil, Engin Polat olub.
İddialara əsasən, silahlı qrup Dilan Polatın sosial şəbəkə paylaşımlarını izləyərək ailənin Alaçatıda qaldığı məkanı müəyyənləşdirib. Daha sonra isə hücum planı hazırlanıb. Bu məlumatlar hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Hadisədən sonra "Daltonlar" qruplaşması ilə əlaqələndirilən sosial media hesablarında qrupun lideri kimi tanınan Can Dalton ləqəbli Beratcan Gökdemirin fotolarının paylaşılması da diqqət çəkib. Oxşar paylaşımların daha əvvəl də Polat ailəsinin yaxınlarına qarşı hücumlar zamanı edildiyi bildirilir.
Xatırladaq ki, Can Polat Çeşmədə yerləşən otelin qarşısında silahlı hücuma məruz qalmış, ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da həyatını itirmişdi. Hücumdan sonra şübhəli şəxs silahla birlikdə saxlanılıb və istintaq davam edir.
Medianews.az