Medianews.az
Məşhur blogerin cangüdənini öldürdülər -
75 baxış

Məşhur blogerin cangüdənini öldürdülər - VİDEO

Türkiyənin İzmir vilayətinin Çeşmə rayonunda Dilan Polat və Engin Polat cütlüyünün istirahət etdiyi hoteldə silahlı hücum baş verib.

Medianews.az xəbər verir ki, hadisə Alaçatıda yerləşən hoteldə qeydə alınıb.

Məlumata görə, Engin Polatın əmisi oğlu və eyni zamanda cütlüyün mühafizəçisi olan 37 yaşlı Can Polat silahlı hücuma məruz qalıb. Ağır yaralanan Can Polat təcili xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Hücumdan sonra hadisə yerindən qaçan şübhəlinin saxlanılması üçün əməliyyat keçirilib. Polis qısa müddət sonra 23 yaşlı şübhəlini hadisədə istifadə edildiyi ehtimal olunan silahla birlikdə saxlayıb. Faktla bağlı araşdırma davam etdirilir.

Hadisədən sonra sosial şəbəkədə canlı yayım açan Dilan Polat göz yaşları içində yardım istəyərək, "Can Polatı vurdular, polis və təcili yardım göndərin" sözlərini səsləndirib.

İzmir Valiliyinin yaydığı açıqlamaya görə, Can Polat oteldən ayrılmaq üçün avtomobilinə yaxınlaşdığı zaman silahlı hücuma məruz qalıb. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq aparılır.

Medianews.az

Bizə qoşulun