Türkiyənin tanınmış teatr və opera sənətçisi Fərdi Atuner 82 yaşında vəfat edib. Sənətçinin ürək tutmasından öldüyü bildirilib.
Medianews.az xəbər verir ki, aktyor üçün İstanbulda keçirilən vida mərasimində gərginlik yaşanıb.
Məlumata görə, aktrisa Şehnaz Dilan ilə mərhumun kürəkəni arasında mübahisə yaranıb, daha sonra müzakirəyə qızı da qoşulub. Hadisə qısa müddətdə sakitləşdirilib.
Vida mərasimində çıxış edən qızı atasının sənətə həsr olunmuş həyatından danışaraq onun ən sevdiyi məkanda yola salındığını qeyd edib.
Fərdi Atuner uzun illər teatr, televiziya və kino sahəsində fəaliyyət göstərib.
Medianews.az