Medianews.az
Məşhur aktrisa yenidən
97 baxış

Məşhur aktrisa yenidən ƏMƏLİYYAT OLUNACAQ

Türkiyəli aktrisa Cemre Baysel sağlamlıq vəziyyəti ilə bağlı pərəstişkarlarını narahat edən açıqlama verib.

Medianews.az xəbər verir ki, Murat Yıldırımla birlikdə rol aldığı Güllər və Günahlar serialının mövsüm finalından sonra danışan aktrisa yaxın günlərdə əməliyyat olunacağını bildirib.

Cemre Baysel əməliyyatın ginekoloji problemlə əlaqədar həyata keçiriləcəyini qeyd edərək, bunu pərəstişkarlarından gizlətmək istəmədiyini deyib. O, kiçik bir əməliyyat keçirəcəyini və prosedurun tətil planları çərçivəsində baş tutacağını vurğulayıb.

Aktrisanın açıqlaması sosial şəbəkələrdə geniş rezonans doğurub. Pərəstişkarları ona çoxsaylı dəstək və tezliklə sağalması ilə bağlı mesajlar göndəriblər.

Qeyd edək ki, Cemre Baysel ötən il də səhhətində yaranan problem səbəbindən əməliyyat olunmuşdu. Aktrisanın döş nahiyəsində uzun müddət böyüyən kütlə cərrahi müdaxilə ilə götürülmüş və o, sonradan sağlamlıq durumunun yaxşı olduğunu açıqlamışdı.

Medianews.az

Bizə qoşulun