Medianews.az
Hikmət Hacıyev Slovakiya XİN-in dövlət katibi ilə
89 baxış

Hikmət Hacıyev Slovakiya XİN-in dövlət katibi ilə görüşüb

Slovakiya Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqı işləri üzrə dövlət katibi Marek Estok Azərbaycanda səfərdədir.

Medianews.az xəbər verir ki, bu barədə dövlət katibi “X” hesabında bildirib.

Marek Estok Azərbaycana səfəri çərçivəsində Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

O, Hikmət Hacıyevlə Azərbaycanla Slovakiya arasında əməkdaşlıq və yeni müştərək layihələr barəsində açıq və müsbət müzakirələr apardığını qeyd edib.

Bizə qoşulun