Medianews.az
Məktəbə bıçaqla girmək istəyən şagirdlər belə saxlanıldı -
56 baxış

Məktəbə bıçaqla girmək istəyən şagirdlər belə saxlanıldı - VİDEO

Kahramanmaraş və Şanlıurfada baş verən qanlı məktəb hücumlarından sonra təhlükəsizliklə bağlı narahatlıqlar davam edir.

Medianews.az xəbər verir ki, son hadisədə isə potensial faciənin qarşısı son anda alınıb.

Belə ki, bıçaqla məktəbə daxil olmağa çalışan bir kişi polis əməkdaşının sayıqlığı sayəsində saxlanılıb. Hadisə anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə şübhəlinin məktəbə doğru irəlilədiyi və polisin operativ müdaxiləsi ilə zərərsizləşdirildiyi əks olunub.

Məlumata görə, son günlərdə artan hücum fonunda məktəblər ətrafında təhlükəsizlik tədbirləri gücləndirilsə də, bu cəhd təhdidlərin hələ də davam etdiyini göstərir.

Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər polis əməkdaşının diqqətli və sürətli reaksiyasını yüksək qiymətləndiriblər.

Rəsmi qurumlar bildirir ki, oxşar halların qarşısını almaq üçün həm fiziki, həm də rəqəmsal nəzarət tədbirləri daha da gücləndirilir.

Bizə qoşulun