Medianews.az
Meksikada metroda baş verən qorxunc hadisə -
163 baxış

Meksikada metroda baş verən qorxunc hadisə - ANBAAN VİDEO

Meksikada metroda qeydə alınan faciəvi hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Medianews.az xəbər verir ki, bir şəxs ödəniş etmədən metrodan istifadə etmək məqsədilə son dərəcə təhlükəli addım ataraq hərəkətdə olan qatarın xarici hissəsindən, pəncərəyə tutunaraq yol getməyə çalışıb.

Kadrlarda kişinin qatarın kənarında sallanaraq hərəkət etdiyi görünür. Bir müddət sonra isə onun yol üzərindəki maneələrdən birinə çırpıldığı bildirilir. Hadisənin görüntüləri sosial mediada yayıldıqdan sonra izləyicilər arasında ciddi narahatlıq və təəssüf doğurub.

Şahidlərin sözlərinə görə, baş verən hadisə son dərəcə ağır nəticələrə səbəb olub. Görüntüləri izləyənlər təhlükəsizlik qaydalarına əməl etməməyin nə qədər faciəvi nəticələr doğura biləcəyini vurğulayıblar.

Hadisə ilə bağlı yayılan kadrlar qısa müddətdə böyük diqqət çəkərək sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.//Milli.Az

Bizə qoşulun