Medianews.az
Mehrabad alovlar içində:
126 baxış

Mehrabad alovlar içində: İsrail Tehranda silah daşıyan təyyarəni məhv etdi

İsrail Hərbi Hava Qüvvələrinin Tehranın daxili uçuşlar və hərbi logistika üçün istifadə edilən Mehrabad hava limanına endirdiyi sarsıdıcı zərbələr nəticəsində azı bir təyyarənin tamamilə yanaraq kül olduğu bildirilir.

 "Al Hadath" telekanalı gecə saatlarında baş verən intensiv bombardman zamanı bir təyyarənin birbaşa hədəf alındığını və partlayışdan sonra alovlandığını nümayiş etdirən görüntüləri paylaşıb.

İsrail Müdafiə Qüvvələri (IDF) hücumun SEPAH-ın "Qüds" qüvvələrinə məxsus hərbi infrastrukturun sıradan çıxarılması məqsədilə həyata keçirildiyini təsdiqləyib. Bildirilir ki, məhv edilən təyyarə bölgədəki proksi qruplaşmalara, xüsusilə Livan "Hizbullah"ına silah və nağd pul daşıyan logistik şəbəkənin bir hissəsi olub. Peyk görüntüləri Mehrabadın uçuş-enmə zolaqları və anqar komplekslərində ciddi dağıntıların olduğunu, yanğının söndürülməsi üçün əraziyə çoxlu sayda yanğınsöndürən briqadaların cəlb edildiyini göstərir. Bu hücum Tehranın ürəyindəki strateji hava qovşağının İsrail tərəfindən tamamilə nəzarətə götürülməsi və İranın hərbi logistikasının iflic edilməsi strategiyasının davamı kimi qiymətləndirilir./Musavat.com

Bizə qoşulun