Medianews.az
Məşhur müğənni süni intellektlə yazılan mahnıları
192 baxış

Məşhur müğənni süni intellektlə yazılan mahnıları tənqid etdi

Türkiyənin tanınmış müğənnisi Nükhet Duru musiqi sahəsində süni intellektin artan təsiri ilə bağlı sərt açıqlama verib.

Medianews.az xəbər verir ki, 71 yaşlı sənətçi süni intellektlə hazırlanan bəstələrin musiqi baxımından zəif olduğunu bildirib.

Məşhur ifaçı qeyd edib ki, bu cür mahnılar bütöv və dərin kompozisiya təqdim etmir. Onun sözlərinə görə, süni intellektlə yaradılan əsərlər müxtəlif mənbələrdən toplanmış fikirlərin mexaniki şəkildə birləşdirilməsindən ibarətdir: “Ortaya çıxan nəticə sağdan-soldan yığılmış bir kokteyli xatırladır”.

Son vaxtlar musiqi dünyasında müzakirələrə səbəb olan süni intellekt mahnılarına münasibət bildirən Duru vurğulayıb ki, bu texnologiya insan duyğularını əvəz edə bilməz. Bir çox sənətçi kimi o da hesab edir ki, musiqinin əsas gücü canlı hiss və səmimiyyətdir, bunu isə süni intellektlə yaratmaq mümkün deyil.

Medianews.az

Bizə qoşulun