Medianews.az
Maşında iki saat yatdı, görmə qabiliyyətini 90 faizi itirdi -
126 baxış

Maşında iki saat yatdı, görmə qabiliyyətini 90 faizi itirdi - FOTO

Türkiyənin Sakarya bölgəsində avtomobildə yatıb qalan  45 yaşlı Yasin Kurt görmə qabiliyyətinin 90 faizini itirib.

Medianews.az -ın məlumatına görə, avtomobilini təmizlədikdən sonra içində yuxuya gedən Yasin kimyəvi buxar və dəm qazından zəhərlənib.

Əvvəllər marketinq müdiri işləyən Yasin Kurt 2024-cü ilin noyabr ayında avtomobilinin oturacaqlarını kimyəvi maddələrlə təmizləyib. Yağış yağmağa başladığı üçün maşından düşməyən Kurt, oturacaqların tez quruması üçün mühərriki işə salaraq qızdırıcını qoşub. Bu zaman qapalı məkanda yaranan kimyəvi buxar və köhnə model avtomobilin salonuna sızan dəm qazı onun ağır zəhərlənməsinə səbəb olub. Maşında təxminən iki saat yatan Kurt ertəsi gün şiddətli ağrılarla xəstəxanaya çatdırılıb.

Həkimlərin "99 faiz ayılmayacaq" dediyi zərərçəkmiş iki günlük reanimasiya mərhələsindən sonra sağ qalsa da, görmə qabiliyyətini demək olar ki, tamamilə itirib. Müayinələr zamanı yüksək temperaturun təsirindən buxarlanan kimyəvi maddələrin onun qanında toksik zəhər yaratdığı müəyyən edilib.

Uzunmüddətli müalicələrdən sonra Kurtun hərəkət qabiliyyəti qismən bərpa olunub, lakin görmə faizi sol gözündə 5 faiz, sağ gözündə isə cəmi 2 faiz təşkil edib. Hazırda 90 faiz görmə əlilliyi olan 45 yaşlı Yasin Kurt evdə oturmaq istəmədiyini, reabilitasiya prosesini tezləşdirmək üçün yenidən işləmək və cəmiyyətə fayda vermək istədiyini bildirib.

Medianews.az

 

 

Bizə qoşulun