Mərkəzi Afrika Respublikası (MAR) prezidenti Fosten-Arkanc Touaderan Qərbin Afrika ölkələrinin Ukraynanı dəstəkləmək istəməməsi ilə bağlı ittihamlarına sərt cavab verib.
Medianews.az xəbər verir ki, o, bu barədə TASS agentliyinə verdiyi müsahibədə danışıb.
"Bəziləri Afrika ölkələrinin həddindən artıq mülayim və ya neytral mövqe tutduğunu düşünür. Bu, məhz bizim fundamental mövqeyimizdir. Biz bu münaqişəyə müdaxilə edə bilmərik, çünki nə onun mənşəyini, nə də bütün şəraitini bilirik", - deyə o bildirib.
Siyasətçi vurğulayıb ki, Afrika ölkələri Ukrayna münaqişəsində tərəf tutmaq üçün təzyiqə məruz qalmağa icazə verməyəcklər.
Medianews.az