Medianews.az
Maqnus Karlsen onunla selfi çəkdirən şahmatçını anında
100 baxış
Yüklə

Maqnus Karlsen onunla selfi çəkdirən şahmatçını anında "SATDI" - VİDEO

Norveçli qrossmeyster Maqnus Karlsen maraqlı hadisə ilə yenidən gündəmə gəlib.

Medianews.az xəbər verir ki, turnir öncəsi baş verən olayda Karlsen qazaxıstanlı şahmatçı Alua Nurmanın xahişini geri çevirməyərək onunla birlikdə selfi çəkdirib. Lakin bundan qısa müddət sonra o, hakimə müraciət edərək vəziyyətlə bağlı şikayət edib.

Karlsen bildirib ki, FIDE qaydalarına əsasən, yarış zamanı oyun zalında mobil telefonun istifadəsi və ya üzərində saxlanılması qadağandır və bu hal qayda pozuntusu hesab olunur.

Hadisə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, baş tutan qarşılaşma sonda Maqnus Karlsenin növbəti qələbəsi ilə yekunlaşıb.//Milli.Az

Bizə qoşulun