Medianews.az
Kür məcrasından çıxdı -
142 baxış

Kür məcrasından çıxdı - Fəlakət yaşana bilər - VİDEO

Samux rayonunda Kür çayının səviyyəsi son bir ayda artıb.

Medianews.az xəbər verir ki, xüsusilə rayonun Qırmızı Saxmux kəndi və Kürqırağı ərazilərdə vəziyyət daha da təhlükəli hal almaqdadır.

Belə ki, artıq çayın ətrafındakı meşələrin bir hissəsini su basıb. Bundan əlavə, əkilən sahələr də sel təhlükəsi ilə üz-üzə qalıb.

Buna səbəb Gəncə və ətraf rayonlara aramsız yağışların yağmasıdır.

Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir./qafqazinfo.az

Bizə qoşulun