Medianews.az
Kolumbiya prezidentinə sui-qəsd -
136 baxış

Kolumbiya prezidentinə sui-qəsd - VİDEO

Kolumbiya Prezidenti Qustavo Petro mümkün sui-qəsd cəhdindən son anda xilas olub.

Medianews.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin iclasında məlumat verib.

Prezident bildirib ki, bazar ertəsi helikopterlə Karib dənizi sahilinə səfər edərkən planlaşdırılan hücumla bağlı kəşfiyyat məlumatı daxil olub. Bundan sonra ekipaj təcili marşrutu dəyişərək açıq dəniz istiqamətində hərəkət edib. Petro bu qərarın onun həyatını xilas etdiyini deyib.

Dövlət başçısı hücumu planlaşdıran şəxs və ya qruplaşmaların adını açıqlamayıb.

2022-ci ildən vəzifədə olan Petro daha əvvəl də narkotik kartelləri və silahlı qruplar tərəfindən hədəf alındığını bildirmişdi.

Bununla bağlı araşdırma aparılır.

Medianews.az

 

 

Bizə qoşulun